YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları”nda daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2282 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, quyu fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2523-2511 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.