YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2642 nəfər əlilliyi olan şəxsi bərpa-müalicə xidməti ilə təmin edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində cari ilin yanvar-fevral aylarında 2642 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib. Onlardan 1392 nəfəri stasionar, qalanları isə ambulator şəraitdə bərpa-müalicə xidməti ilə təmin olunub.  

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi, o cümlədən Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ötən ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərin kompleks tibbi, sosial və peşə reabilitasiyası işlərinin aparılması üçün ən müasir tələblərə uyğun şərait yaradılıb. Mərkəzdə qeyd olunan şəxslərin, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların diaqnostik müayinə və müalicəsi müasir tibbi-fizioterapevtik aparatlardan istifadə şəraitində həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər bir sıra bərpa-müalicə müəssisələrində, o cümlədən Uşaq Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır. Aparılan bu işlər zamanı həmin müəssisələrdə mütərəqqi beynəlxalq təcrübə əsasında sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün müvafiq potensialın yaradılması da nəzərdə tutulub.