YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları”ndakı daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2595 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, quyu qirməki üstü qumlu lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2186-2170 metr intervaldan sutkalıq 19 ton neft və 17 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.