YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın gəmi təmiri zavodları Qazaxıstan və Türkmənistan gəmilərini təmir edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda ən güclü gəmi təmiri bazası olan “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodları xarici ölkələrdən də sifarişlər qəbul edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən  bildirilib ki, bu günlərdə “Zığ” gəmi təmiri zavodu Türkmənistan və Qazaxıstan bayrağı altında üzən 4 gəmini təmirə qəbul edib. Onlardan “Wagenborg 107” barjı sifarişdə nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra artıq istismarçıya qaytarılıb.

Hazırda “Şirin” yedək gəmisi, habelə “Soltan” və “Bossan” təchizat-yedək gəmiləri zavodun doklarına qaldırılıb. Onların gövdələrinin təmizlənərək rənglənməsi, baş mühərriklərin, vint-sükan kompleksinin və digər mexanizmlərin təmiri nəzərdə tutulub.

Bu gəmilərin aprelin əvvəllərində sifarışçilərə təhvil verilməsi planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv