YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət mənfi meyillərin ölkə iqtisadiyyatına təsirini minimuma endirib

«Ötən il dünya iqtisadiyyatında mənfi meyillər daha da güclənib, iqtisadi fəallıq xeyli zəifləyib. Təbii ki, bu mənfi meyillər Azərbaycandan da yan keçməyib. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət bu mənfi meyillərin ölkə iqtisadiyyatına təsirini minimuma endirib. Ümumi daxili məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul hesab edilə bilər. Artım bütövlükdə qeyri-neft sektorunun payına düşür». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin illik hesabatı ilə əlaqədar deyib.

O.Əsədov bildirib ki,  Azərbaycan hər zaman investisiya qoyuluşu üçün cəlbedici olub. Keçən il bu, özünü bir daha göstərib. Onun sözlərinə görə, 2015-ci ildə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın vəsait qoyulub. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə hesabına təmin olunub.

 «Ötən il ölkənin neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8,8 milyard manat investisiya ayrılıb. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıb. 2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövriyyənin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı dövlətlərinin payına düşür. İnanırıq ki, Azərbaycan hökuməti bundan sonra da qarşıda duran vəzifələri uğurla yerinə yetirəcək»- deyə, parlamentin spikeri vurğulayıb.