YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“jAzzeri Bands” caz musiqisi axşamı keçiriləcək

Aprelin 16-da Heydər Əliyev Sarayında tanınmış və istedadlı gənc caz ifaçıları konsert proqramı təqdim edəcək.

Sarayın mətbuat xidmətindən  bildirilib ki, “jAzzeri Bands” caz musiqisi axşamında Əməkdar Artist Rəşad Haşımovun rəhbərliyi ilə “Rast” qrupu, Elçin Şirinov (piano), həmçinin Vlada Axundova, Rilaya, Leyla Kafari və onların qrupları, Aysel Məmmədova (piano) və “Jazzer Band” iştirak edəcəklər.

Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilmiş festival və müsabiqələrin iştirakçısı olan caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.

Biletləri şəhərin kassalarından əldə etmək olar.