YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri böyük əhəmiyyət daşıyır

«Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri böyük əhəmiyyət daşıyır. Bu səfər iki dövlət  arasında əlaqələrin inkişafına yeni təkan verəcək». Bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, səfər çərçivəsində iki ölkə arasında çox mühüm sənədlər imzalanıb. Onun sözlərinə görə, Azərbaycan hər zaman İranı bütün beynəlxalq təşkilatlarda dəstəkləyib.

«İran Azərbaycan üçün yaxın, dost dövlətdir və iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev daim bəyan edib ki, Azərbaycan həmişə İrana qarşı sanksiyaların əleyhinə olub. Azərbaycanın bu məsələdə mövqeyi həmişə dəyişməz olaraq qalıb, çünki Azərbaycan həmişə İrana dost münasibəti bəsləyib və bu əlaqələr də yüksələn xətlə inkişaf edir. Səfər zamanı iqtisadi sahədə imzalanmış qarşılıqlı sənədlər şübhəsiz ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsinə, idxal-ixrac əməliyyatlarına, birgə layihələrə təkan verəcək»- deyə, deputat qeyd edib.