YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 52,2 milyon ton yük daşınıb

2015-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 52,2 milyon ton, yük dövriyyəsi isə 10956,1 milyon ton-km olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 30,65 milyon tonu və ya 58,7 faizi avtomobil nəqliyyatı, 15,52 milyon tonu və ya 29,7 faizi dəmir yolu nəqliyyatı, 6,06 milyon tonu və ya 11,6 faizi dəniz nəqliyyatı ilə daşınıb. 

2014-cü illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 10,2 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22,0 faiz və 34,8 faiz) olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,7 faiz artıb. 

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,2 faizini və ya 9,49 milyon tonunu tranzit yüklər təşkil edib. 

İl ərzində dəhliz vasitəsilə 331,1 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 6628,5 milyon sərnişin-km olmuşdur. Əvvəlki illə müqayisədə sərnişin daşınması 7,8 faiz, sərnişin dövriyyəsi isə 7,5 faiz artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.