YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsib Məhəməliyev: Azərbaycanın xarici əlaqələrində parlamentin mühüm rolu var

«Azərbaycan beynəlxalq hüququn subyekti kimi bir çox regional və beynəlxalq təşkilatların üzvüdür. Ümumilikdə, Azərbaycanın xarici əlaqələrində, beynəlxalq əməkdaşlıqda parlamentin mühüm rolu var, onun Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi öz üzərinə düşənləri uğurla yerinə yetirir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, Milli Məclisin əksər ölkələrlə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir, dünya ölkələrində Azərbaycanın maraqlarının təmin olunmasında əhəmiyyətli rol oynayır.

«Azərbaycan maraqlarının təmin olunması istiqamətində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, ölkəmizə qarşı məkrli planlar, xüsusilə erməni lobbisinin siyasəti iflasa uğrayır. Bunu həmin dairələrin özləri də etiraf edirlər»- deyə, komitə üzvü qeyd edib.