YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər ay Ələt terminalından Aktauya 700-dən çox tır yola salınır

Hər ay “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Ələt terminalından Qazaxıstanın Aktau limanına 700-dən çox tır yola salınır.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ələt terminalı daha çox yük vaqonları üçün nəzərdə tutulub. Ancaq 2015-ci ilin may ayından Aktauya tırların daşınmasına başlanılıb: “Buradan irihəcmli tırlar Aktauya yola salınıb. Ötən ilin noyabr ayında tırların sayı 115 ədəd olubsa, dekabrda onların sayı 800-ü ötüb. Hər ay 700-750 tır Ələt terminalından Aktauya gedir. Artım var və bu şəkildə də davam edəcək”, – deyə T.Ziyadov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv