YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2015-ci ildə Dövlət Sosial Müdafiə Fondu sistemində etik davranış qaydalarına riayət olunması istiqamətində əsaslı tədbirlər həyata keçirib

2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələri tərəfindən etik davranış qaydalarına riayət olunması  vəziyyəti dövri olaraq müzakirə edilib və bu sahədə konkret tədbirlər görülüb. Dövlət qulluqçularının qeyri-etik davranışı ilə bağlı ərizə və şikayətlər üzrə araşdırmaların aparılması qanunvericiliyə uyğun olaraq həyata keçirilməklə, müraciətlərə baxılması operativ və qısa müddət ərzində təmin olunub və dövri olaraq izlənilib. Bundan əlavə, təsdiq olunmuş qrafikə əsasən Fondun rəhbərliyi  və şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub. 2015-ci il ərzində bilavasitə Fondun rəhbərliyi tərəfindən 407 vətəndaş, o cümlədən regionlarda 326 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb.

Məlumatı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Müraciətlərlə iş sahəsində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olan vətəndaşların informasiya ilə təmin olunması və məlumatlandırılması məqsədilə əhatəli təbliğat işləri aparılıb, bu sahədə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunub. Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinin təkmilləşdirilməsi, məlumatların mütəmadi yenilənməsi davam etdirilib. Vətəndaşların narazılığına səbəb olacaq halların aradan qaldırılması məqsədilə başlıca vasitə kimi fəaliyyətin elektron xidmətlər əsasında  təşkili daha da genişləndirilib. Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 26 faiz azalıb.

Ötən il Dövlət Sosial Müdafiə Fondu tərəfindən kadrların ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının tədris planı çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə etik davranış məsələləri üzrə tədris və treninqlər ardıcıl şəkildə davam etdirilib.

 

DİGƏR Xəbərlər Arxiv