YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: ABŞ-ın şatatlarının Xocalı soyqırımını tanıması aparılan sistemli işin nəticəsidir

«Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması üçün sistemli iş aparır». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Onun sözlərinə görə, elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın.

«Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Dövlət başçısı, xüsusilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib vəzifə kimi müəyyənləşdirib. Bu işdə Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi, o cümlədən  və ABŞ-ın bir sıra  ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Bu yaxınlarda yenə də ABŞ-ın bəzi ştatları Xocalı soyqırımını tanıdı. Bu, dövlətimiz tərəfindən aparılan sistemli işin nəticəsidir»- deyə, E.Məmmədov qeyd edib.