YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri: Azərbaycan və Yunanıstan arasında səmərəli əməkdaşlıq var

Azərbaycan və Yunanıstan arasında kifayət qədər səmərəli əməkdaşlıq mövcuddur. Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Bakıda yunanıstanlı həmkarı Nikos Kotziasla görüşündə ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Məmmədyarov əlavə edib ki, danışıqların gündəliyində Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri dayanıb.