YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Sarayevoda toplantı keçirilib

Dördüncü Qlobal Bakı Forumuna hazırlıq məqsədilə fevralın 2-də Sarayevoda “Dinlərarası dialoq və ekstremizmə cavab” mövzusunda xüsusi toplantı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçin dəstəyi ilə reallaşan tədbir martın 10-11-də keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyıb.

Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Norveçin sabiq Baş naziri, Oslo Sülh İnstitutunun direktoru Maqne Bondevik, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, o cümlədən xarici təşkilatların və səfirliklərin nümayəndələri iştirak ediblər.

Tədbirin moderatoru, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Madrid Klubu və Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər İnstitutu ilə birgə uzun bir yol qət edib. Bu proses 2013-cü ildə Bakıda başlayıb və Madriddə, Romada, İsgəndəriyyədə, Andorrada bununla əlaqəli konfranslar keçirilib. Növbəti Forum isə mart ayında Bakıda keçiriləcək.

Toplantıda İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin və Oslo Sülh İnstitutunun direktoru Maqne Bondevik də çıxış ediblər.