YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın “EurasiaNews” portalı Azərbaycanın tranzit rolu haqqında yazır

Almaniyanın məşhur “EurasiaNews” portalında Azərbaycanın tranzit rolundan bəhs edən məqalə yayılıb.

Məqalədə Ukraynanın İlyiçevsk limanından yola salınan sınaq qatarının Azərbaycanın Ələt limanına gəlib çatması, konteynerlərin buradan Xəzər dənizi vasitəsilə Qazaxıstana, oradan da Çinə yola düşməsi haqqında məlumat verilir.

Yazıda Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin yükdaşıma yolundan bəhs edilir. Həmin ölkələrin nümayəndələrinin iştirakı ilə bu ay Bakıda müvafiq müzakirələr aparıldığı, protokol imzalandığı diqqətə çatdırılır.

Müəllif, həmçinin bu il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edir, onun tarixi İpək Yolunun canlanmasında mühüm addım olacağını vurğulayır.