YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbədənkənar iclasında bir sıra vacib qanunlar qəbul edildi

Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilib. İclasda 8 qanun layihəsi müzakirəyə çıxarılıb. Dövlət himni səsləndikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verib.

İclasda Vergi, İnzibati Xətalar məcəllələrində, "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri və "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi geniş müzakirələrdən sonra qəbul olunub.

Bununla da Milli Məclisin növbədənkənar iclası başa çatıb.