YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub

Dekabrın 22-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı. Əlaqələrimizin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

DİGƏR Xəbərlər Arxiv