YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əmirov: Sahibkarlar təbəqəsi iqtisadiyyatımızın aparıcı hissəsinə çevrilib

«Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadiyyat 20 ildən artıq dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçib, vergi ödəyicilərinin sayı artaraq ölkədə sahibkar təbəqəsi formalaşıb. Bu təbəqə iqtisadiyyatımızın aparıcı hissəsinə çevrilib». Bu fikirləri vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib.

N.Əmirov bildirib ki, ölkə başçısının yürütdüyü davamlı iqtisadi inkişaf strategiyası nəinki sabit iqtisadi inkişaf dövründə, eləcə də dünyada qlobal iqtisadi dəyişikliklərin baş verdiyi müasir şəraitdə də böhranların yaratdığı problemlərin təsirlərini azaltmağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına, sahibkarlar təbəqəsinin fəaliyyətinin davamlı inkişafına zəmanət verir.

«Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirlər hissəsi artmalı, həm biznes strukturları, fərdi sahibkarlar, həm də vergi orqanları bu sahədə üzərlərinə düşən vəzifələri lahyiqincə yerinə yetirməlidirlər. Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir»- deyə, N.Əmirov vurğulayıb.