YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycan hüquqi-dömokratik dövlət olaraq hər zaman insan hüquqlarının təminatına böyük önəm verir

«10 dekabr tarixi hər il dünyada insan hüquqları günü kimi qeyd olunur. Azərbaycanda da insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir». Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, ölkə Konstiutsiyasının böyük hissəsi məhz insan hüquqların ahəsr olunub. Onun sözlərinə görə, bu amil dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin göstəricisidir.

«Eyni zamanda, insan hüquqlarını təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycan hüquqi-dömokratik dövlət olaraq hər zaman insan hüquqlarının təminatına böyük önəm verir»-deyə, Y.Abramov qeyd edib.