YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyevin həyat məktəbi, onun yaratdığı mənəvi dəyərlər tarixi bir reallıqdır

   YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva

- Nurlana xanım, Azərbaycan xalqının milli - mənəvi dəyərlərinin qorunması və inkişafında Ümummilli lider Heydər Əliyevin xidmətləri haqqında nə deyə bilərsiniz?

- Milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksəkixtisaslı insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edər, monolit bir qüvvə kimi fəaliyyət göstərə bilər. Cəmiyyətin sağlamlığını çoxlu əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas bir göstəricidə özünü büruzə verir: iqtisadi və mənəvi tərəqqi surətində.

Biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Lakin təkcə biz yox, bütün dünya gərgin bir templə, mürəkkəb proseslər fonunda tərəqqi edir. Ona görə iqtisadi və mənəvi inkişaf templərinin sabah necə olacağına heç bir təminat yoxdur. Sabahkı uğurlara yeganə təminat – sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mən əzm sözünü təsadüfi işlədmirəm. Bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz surətdə bağlıdır. Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə xidmət onun şəxsiyyətinin əsas cizgiləri idi. Ulu öndər bütün həyatını, ömrünü, ağlını, zəkasını böyük milli məqsədlərə sərf etmişdir. Buna görə xalqımız ona minnətdardır.

Lakin bu minnətdarlıq azdır. Bu müqəddəs duyğular bizi Heydər Əliyev irsinin əsas məzmunundan yayındıra bilməz. Çünki bu məzmun rəhbərin xalqa xidmət ideyaları ilə bağlı idi. Xalqın tərəqqisinə xidmət edən işlər görmək onun ömrünün mənasını təşkil edirdi. Bu da  Heydər Əliyev şəxsiyyətinin çox qiymətli sosial və pedaqoji keyfiyyəti idi. Onun nümunəsi bizi adi xidmətə yox, böyük tarixi və milli məqsədli xidmətə sövq edirdi.

Heydər Əliyev şəxsiyyətindən söhbət gedərkən, buraya Azərbaycanı da əlavə etmək lazım gəlir. Çünki Heydər Əliyev şəxsiyyəti Azərbaycanla bütövləşmiş, onun ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçmişdir.

Azərbaycanın milli-mənəvi dəyərlərinə Ulu öndərin  ruhən bu qədər vurğunluğunu da, görünür, elə bu bağlılıqda axtarmaq lazımdır. Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, bu problemin həlli ilə bağlı müəyyənləşdirdiyi xətt, atdığı addımlar bəzən əsl mahiyyəti üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən yanlışlıqlara yol verilir. Ümummilli liderin bu sahədə xidmətlərinin, sadəcə olaraq Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, təhsilinə, səhiyyəsinə yüksək qayğı kimi səciyyələndirilməsi bu işlərin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Çünki görülən bu işlər, sadəcə qayğı olmaqla məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi tək qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş məqsədyönlü addımlardır.

Tarixdə xalqına, onun maarifinə xidmət edən rəhbərlər az olmayıb. Amma onların millilik və milli dəyərlərdə təcəssüm tapmasına nədənsə nadir hallarda təsadüf olunur. Böyük öndərimiz Heydər Əliyev məhz belə rəhbər və dövlət xadimi idi. Milli sözünün ehtiyatla işləndiyi sovet dövründə də, müstəqillik dövründə də o, ən böyük azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən sadə və eyni zamanda, zəngin bir sima idi. Onu milli dəyərlərimiz, milli varlığımız və tarixi taleyimizlə bağlayan çoxlu möhkəm, qırılmaz tellər göstərmək olar. Lakin Ulu öndərin ana dilimizdə parlaq və sərrast nitqi onu əbədi olaraq millilik rəmzi kimi anlamağımız üçün kifayətdir.

Böyük rəhbərimizin xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Lakin onların arasında onun natiqlik irsi bizim üçün xüsusilə müqəddəsdir. Böyük öndərin nitqinin xəlqiliyi azərbaycanlılığın ən parlaq təcəssümü idi.

Böyük rəhbərin ana dilində ilk nitqləri tarixi bir məna kəsb etdi. Onun 1969-cü ildə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi, mən deyərdim ki, bu nitqlərin təsiri ilə başladı. Həm də ən mühümü odur ki, əyalətdə, xalq kütləsinin işində başladı. İnsanlar rəhbərin ana dilində etdiyi gözəl, ifadəli çıxışlarda, onun dövlətçilik məntiqində, vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında döğma və müstəqil dövlətimizin ilk sədalarını eşitdilər.

Sonralar Ümummilli liderimiz Bakıda keçirilən tədbirlərdə də ana dilində danışmaq üçün fürsət tapdı. O, yaradıcılıq ittifaqlarının, xüsulilə Yazıçılar İttifaqının məclislərində Azərbaycan dilində parlaq çıxışlar etməyə başladı. Onun rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdır. Bunun özü də tarixi bir xidmət idi. Yad dildə danışan dövlət milli ola bilməz. Ona görə də Ulu öndərin nitqləri onun rəhbərlik etdiyi hakimiyyətə qarşı da doğmalıq hissləri yaradırdı.

İnamla demək olar ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ədəbiyyat və incəsənətimizdə milli cərəyanın yüksəlişinə səbəb oldu. O, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov, Anar kimi milli zəminə bağlı və istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar isə ədəbiyyatın milli varlığımız, milli dəyərlərimizlə bağlı mövzularını uğurla inkişaf etdirirdilər.

Heydər Əliyev irsinin ayrılmaz bir qanadı da onun milli tariximizə və tarix elmimizə qayğısı ilə bağlıdır. Milli keçmişimizi dərindən mənimsəmiş Ulu öndər, milli dövlət üçün milli tarixin və tarix elminin fundamental əhəmiyyətini gözəl bilirdi. Ona görə də o, Nizami Gəncəvinin və Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması üçün partiya qərarları verirdi. O zaman bu qərarlar bir yenilik idi. Bunlar cəsarət nümunəsi idi. Buna qədər Azərbaycanın Rusiya tarixinə daxil olmasının 150 illiyi kimi bədnam yubileylər qeyd edilmişdir. Lakin Heydər Əliyev böyük ədəbi yubuleyləri xalqın varlığını üzə çıxarmaq, onun milli tarixini araşdırıb təbliğ etmək formasına çevirdi. Onun nüfuzu qarşısında Moskva da belə hallara etiraz etməkdən çəkinirdi.

Böyük öndərimiz həyatın bütün sahələrində təsəvvürəgəlməz titanik işlər görməyə qadir olan bir şəxsiyyət idi. Bəzən onun fəaliyyət dairəsinin genişliyi bizim təsəvvürlərimizin əhatə dairəsinə sığışmır və məhz bu səbəbdən Heydər Əliyev şəxsiyyəti əfsanələşir. Bu, bir tərəfdən onun əbədiyaşarlığını təmin edirsə, digər tərəfdən böyük öndərin şəxsi keyfiyyətlərinin tam görünməsinə mane olur. Çünki Ümummilli liderimiz, hər şeydən əvvəl, bəşər övladı, real şəxsiyyət idi. Biz onu məhz bu yöndə tanımalı, öyrənməli, örnək götürməliyik. Məsələn, Heydər Əliyevin Zərifə xanıma olan sonsuz sevgisi, bunu ekranda milyonlarla tamaşaçının qarşısında etiraf etməsi real həyat həqiqətləri üzərində intişar tapdığından onun xalqımızın mənəvi-etik baxışlarında oynadığı rolu qiymətləndirməmək olmur. Elə buna görə də, Vaqif Mustafayevin çəkdiyi “Əsl məhəbbət” filmi Moskvada keçirilən festivalda mükafat alarkən heç kim təəccüblənmədi: məgər qadına, ömür dostuna bundan da böyük sevgi, bundan da zərif hisslər bəsləmək olardımı?

Mən böyük öndərimizin əhali ilə görüşlərini xatırlayıram, qaçqın şəhərciklərində yurd-yuvalarından didərgin düşmüş insanlarla görüşlərini yada salıram. Onun qaçqın toylarında rəqs etdiyini gözümün önünə gətirirəm. İnanın ki, xalqımızı, onun həyatının hətta bir anını belə Heydər Əliyevsiz təsəvvür edə bilmirəm. Bu tək mənim qənaətim deyil. Görüşdüyüm, söhbət etdiyim, təmasda olduğum, ünsiyyət bağladığım adamların hamısı bu fikirdədir. Çünki Ümummilli liderimiz ən böyük azərbaycanlı idi. Çünki o, öz xarakterində milli-mənəvi dəyərlərimizin bütün atributlarını daşıyırdı.

Bu gün Heydər Əliyevin uğurlu strategiyası İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Ölkə rəhbəri bu dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz, təhrifsiz gələcək nəsillərə ötürəcəyinə bütün azərbaycanlılar qarşısında, ən böyük azərbaycanlı Heydər Əliyevin ruhu qarşısında and içib. Bu gün Azərbaycan Respublikasının Prezidenti öz andına sadiqdir. Necə ki, bütün ömrünü öz xalqının xoşbəxtliyinə həsr edən Ümummilli liderimiz bu andına sona qədər sadiq qaldı.

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın mənəvi irsimizin qorunması istiqamətində ardıcıl fəaliyyəti də Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək hörmətin təzahürüdür. Təsadüfi deyil ki, bu istiqamətdəki fəaliyyətinə görə Mehriban xanım YUNESKO-nun “Xoşməramlı səfiri” statusuna layiq görülüb. Bu, ümumilikdə dünyanın Mehriban xanımın timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu gün Azərbaycan qadını haqlı olaraq Mehriban xanım Əliyevanın timsalında bir etibarlı dayaq görür, problemlərinə - mənəvi, ruhi, maddi-ehtiyaclarına məlhəm qoyan, yardım edən çox doğma, munis Azərbaycan qadınının varlığına güvənir. Çünki Mehriban Əliyeva zəmanəmizin ən böyük Azərbaycanlısı Heydər Əliyevin şəxsi nümunəsini görüb-götürmüş, onun yaratdığı mənəvi dəyərlər məktəbindən dərs almış, torpağa, millətə, insana bağlı bir şəxsiyyətdir.

Heydər Əliyevin həyat məktəbi, onun yaratdığı mənəvi dəyərlər tarixi bir reallıqdır. Bu məktəb xalqımızın ən qiymətli irsi, nailiyyəti və fərəh yeridir. Onu gələcək nəsillərə çatdırmat isə hər birimizin vətən qarşısında borcudur.

Belə fikirlər bildirilir ki, hələ sovetlər hakimiyyəti dövründə Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əsaslarını müəyyənləşdirmişdi. Bu barədə siz necə düşünürsünüz?

- Ulu öndər Heydər Əliyev bilirdi: öz varlığını, tarixini, öz taleyini dərk etməyən, özəlliyi ilə fəxr etməyən xalq müasir dövlət yaşaya bilməz. Amma gerçəklik başqa idi: milli, millətçi, türk kimi sözlər demək olar ki, qadağa altında idi. Ona görə ehtiyatla, lakin məqsədyönlü hərəkət etmək lazım gəlirdi.

Onun qəbul etdiyi qәrarlar Azәrbaycan respublikasını addım-addım bütün sahələrdə millilәşdirmәyә yönәlmişdi. Bu xәtt әvvәlcә milli ruһlu kadrların aparıcı postlarda yerlәşdirilmәsindә, ikinci ermәni millәtindәn olan şәxslәrin müһüm vә çox gәlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz әksini tapırdı.

         Belәliklә, xalqın müdrik oğlu tərəfindən  Müstәqil Azәrbaycan Respublikasının yaradılması işinin konkret icrası başlandı. Azәrbaycanı müstәqillik vә müasirlik idealına tәrәf aparmaq üçün Heydər Əliyev qarşısında o zaman təşkilati baxımdan iki әsas vәzifә dururdu: birinci  Azәrbaycanın iqtisadiyyatını inkişaf etdirib müstәqil ölkә kimi yaşaya biləcək bir sәviyyәyә qaldırmaq idi. Ona görә 1969-1982-ci illәri müstәqilliyin iqtisadi әsaslarını yaratmaq mәrһәlәsi adlandırmaq olar. İkinci vәzifә Azәrbaycan sovet respublikasının bütün һüceyrәlәrindә yuva salmış ermәni һökmranlığını һiss olunmadan dağıtmaq idi. Bu mürәkkәb vәzifәlәri Heydər Əliyev cәmi ona üç il әrzindә һәyata keçirə bildi.

1969-1983-cü illәrdәki sürәtli iqtisadi quruculuq xalqımızın müasirliyə vә müstәqilliyә nail olması yolunda köklü әһәmiyyәt daşıyırdı. Güclü iqtisadiyyatı olmayan xalq mənəviyyatca müasirləşə bilməzdi vә onun dövlәti xarici düşmәnlәrin müqavimәtinә tab gәtirә bilmәzdi. Uzaqgörәn bir siyasәtçi kimi Ulu öndәr Azәrbaycanın müstәqilliyinә һansı  beynәlxalq qüvvәlәrin vә dairәlәrin müqavimәt göstәrәcәyini yaxşı bilirdi. Bu amillәr iyirmi üç ay yaşamış Demokratik  Cümһuriyyәtin taleyi  timsalında çox yaxşı mәlum idi. 1918-1920-ci illәrdә dә ermәnilәr xarici qüvvәlәrin vә dövlәtlәrin aləti kimi çıxış edәrәk gәnc respublikada qətl və talanlar törәtmiş, sәrһәd müһaribәsini alovlandırmağa nail olmuşdular. 70-ci illәrdә gedәn iqtisadi tәrәqqinin, onlarla yeni zavod vә fabriklәrin tikintisinin bir әһәmiyyәti dә  Bakı şәhәrinin böyümәsi vә onun әһalisinin tәrkibindә Azәrbaycanlıların tam әksәriyyət tәşkil edә bilmәsi idi. Yeni tikilən sәnaye müәssisәlәrinә vә zavodlara lazım olan işçi qüvvәsi paytaxta kәnd rayonlarından gəlir vә Bakının milli bir şәһәrә çevrilmәsi məsələsini һәll edirdi. Bakının müәssisәlәrindә çalışan qeyri millətlәrdәn olan fəhlələr böyük fəlakətlərin səbəbkarı olmuşdular. Rəhbər bunu bilir və vəziyyəti tənzimləyirdi.

Öndәr һesab edirdi ki, Azәrbaycan müstәqilliyә nail olmaq üçün müәyyәn һәrbi potensiala malik olmalıdır. Bu peşəyə meyl bizdə ənənəvi olaraq güclü deyildi, Moskva bunu istəmirdi. Ona görә Moskvanın milli һәrbi kadrlara   inamsızlıq siyasәtinin әksinә olaraq xalqımızın müdrik rәһbәri azәrbaycanlıların һәrbi vә zabit peşәlәrini öyrədən məktəblərə kütlәvi şәkildә getmәsi üçün müxtәlif tәdbirlәr görürdü. Cәmşid Naxçıvanski adına Hәrbi mәktәbin yaradılması  bunlardan biri idi. Bu mәktәbdә onuncu sinfi bitirәn gәnclәr ölkәnin һәrbi ali tәһsil ocaqlarına qәbul olunurdu. Heydər Əliyev Azәrbaycanlı gәnclәr üçün bu mәktәblәrdә һәr il müәyyәn miqdar konkurssuz yerlәr alırdı.

Eyni zamanda, qısa bir vaxtda SSRİ müdafiә sәnayesinin Azәrbaycanda on bir böyük zavodu tikildi. Bu zavodlar bir tәrәfdәn һәrbi sәnaye ocaqları kimi müstәqillik dövrü üçün һava vә su kimi vacib idi. O biri tәrәfdәn, bu zavodlarda keçmiş sovetlәrin әn müasir vә qabaqcıl texnologiyaları tәtbiq olunurdu. Bu texnologiyalar Azәrbaycan respublikasının sәnaye isteһsalında  elmi tutumlu mәһsulların һәcmini qat-qat artırdı. İndi һәmin zavodların һamısı  yeni yaradılmış müdafiә sәnayesi nazirliyinin tәrkibinә daxildir. Bu zavodlar da Azәrbaycanın һәrbi kadr potensialının mәnbәlәrindәn biri idi.

Ulu öndәrin mәqsәdyönlü siyasәti nәticәsindә Azәrbaycanın aqrar-sәnaye kompleksi bir necә dәfә artdı vә Vətənin nәinki әrzaq müstәqilliyi tәmin olundu, üstәlik daxili mәһsulun yarısından da artıq çəkisi olan bir saһәsinә çevrildi. Kәnd rayonlarında yüzlәrlә zavod vә fabriklәr tikildi. Kәnddә әһalinin әksәriyyәti dövlәtdәn әmәk һaqqı almağa başladı. Maddi yüksәliş Vәtәnimizdә һәm dә mәnәvi yüksәlişә və müasirləşməyə, Azәrbaycan milli şüurunun yeni bir sәviyyәsinin gerçәklәşmәsinә sәbәb oldu.

- Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib. Ulu öndərimizin təhsil siyasəti nəticəsində də bir çox mühüm sahələr üzrə peşəkar mütəxəssislər yetişdirildi...

- Sivilizasiyaların tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bunanla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya elminə və təhsilinə böyük töhfələr vermiş olurlar.

Ümummilli liderimiz Heydər Əliyev üçün xalqın sabahı həmişə milli təhsil sistemi ilə bağlı olmuşdur. Bu əsas prinsip onun hələ Azərbaycana rəhbərlik etməyə başladığı yetmişinci illərdən özünü biruzə vermişdir. O zaman ideoloji işin bir sahəsi kimi baxılan təhsilə ölkə rəhbəri xüsusi önəm verir, təhsil işçilərinin bütün tədbirlərində iştirak edir, proqram xarakterli nitqlər söyləyirdi. Bu nitqlərin leytmotivi Azərbaycan təhsilinin keyfiyyətini artırmaq, onun maddi bazasını möhkəmləndirmək, təhsil işçisinin – müəllimin cəmiyyətdəki nüfuzunu yüksəltməkdən ibarət idi.

Hələ 1998-ci ildə ölkə rəhbəri Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqində xüsusi vurğulamışdır ki, bütöv şəxsiyyət probleminin həlli, ilk növbədə təhsil sistemindən aslıdır. Bu sistemin aparıcı qüvvəsi olan müəllimdən aslıdır. Pedaqoji uğurlar, ilk növbədə müəllim əməyinin nəticəsidir.

Milli təhsilimizin inkişafını sürətləndirən, ona əməli istiqamət verən onlarla yenicə hazırlanmış təhsil sənədlərinin içərsində öz mahiyyəti, məzmunu, aktuallığı və səriştəli tərtibi ilə seçilən 2001-2004-cü illər üçün Azərbaycan Respublikasında orta ixtisas təhsilinin İnkişaf Proqramı keçid dövründə təhsil quruculuğunun ən ağır problemlərinin həllinə, o cümlədən onun milli məzmununun təmin edilməsinə xidmət edən bir sənəd kimi meydana çıxdı. İlk baxışdan sadə görünən milli məzmunun təmin edilməsi problemi həddən artıq çətin və çoxtərəflidir. Çünki təhsilin milliliyi anlayışı, əslində məktəblilərin zahiri görkəmindən tutmuş, təhsilin, tərbiyənin, maddi-texniki bazanın milli dəyərlərimizə bağlılığı ilə yanaşı, bugünki tələblər səviyyəsində mövcudluğu kimi çətin, fəqət çox vacib, zəruri problemlərlə əlaqəlidir. Görkəmli şəxsiyyət Heydər Əliyev öz çıxışlarının birində deyir: “Təhsil sahəsi həyatımızın ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafeylər əsasında qurulmalıdır”.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanda milli təhsil quruculuğu möhtərəm Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında – təhsil sistemində hər bir yeniləşmənin təkamül yolu ilə həyata keçirilməsi, dünya təcrübəsinin öyrənilməsinin vacibliyi, təhsildə XX əsrdə qazanılmış ənənlərdən istifadə olunması, milli və ümumbəşəri dəyərlərə əsaslanan, beynəlxalq standartlara uyğun, xalqın sabahkı tərəqqisinin bütün şərtləri nəzərə alınaraq təmin edilmişdir.

Heydər Əliyevin ömrü boyu hazırladığı və praktik şəkildə həyata keçirdiyi müstəqil Azərbaycan dövlətinin təhsil siyasəti həm də pedaqoji bir nəzəriyyədir, milli təhsilimizin ideya əsasıdır. Bu nəzəriyyəni dərindən öyrənmək və öyrətmək həm də dövləti bir işdir. Bu, rəhbərimizin pedaqoji təliminin prinsipidir.

Təhsil və dövlətçilik qoşa qanaddır, ayrılmazdır. Onların vəhdəti xalqın mənəvi, iqtisadi və siyasi qüdrətini, uğur faktorunu daim artırır, onu tərəqqiyə aparır.