YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Şanlı Qələbə Azərbaycanın gücünü, xalqımızın birliyini və əzmini bütün dünyaya nümayiş etdirdi"

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının qərargahında şəhid ailələrinin və gənc partiya fəallarının iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov qeyd edib ki, 8 Noyabr xalqımızın tarixində qürur, şərəf və qəhrəmanlıq səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə ölkəmizin gücünü, xalqımızın birliyini və əzmini bütün dünyaya nümayiş etdirdi.

V.Rüstəmov vurğulayıb ki, bu Zəfər Azərbaycan gəncliyi üçün böyük vətənpərvərlik məktəbidir və hər bir gəncin borcu bu qələbəni qorumaq, ölkəmizin inkişafına öz töhfəsini verməkdir.

Tədbirdə Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev və digər qəhrəman şəhid valideynləri çıxış edərək övladlarının Vətən uğrunda göstərdikləri igidlikdən, şəhidlik zirvəsinin ucalığından və dövlətin onlara göstərdiyi qayğıdan danışdılar.

Partiya fəalı Səkinə Əliyeva və digərləri Zəfər Gününün xalqımızın qəhrəmanlıq, birlik və vətənpərvərlik ruhunun təntənəsi olduğunu bildirib.