Xəbərlər
Şəmkirdə qazi və şəhid ailələri ilə görüş keçirilib
Şəmkir rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə qazi və şəhid ailələri ilə görüş təşkil olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, YAP Şəmkir rayon təşkilatının əməkdaşları, həmçinin qazi və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 8 Noyabr - Zəfər Gününün xalqımızın şanlı tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb, şəhidlərin unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Tədbir məktəblilərin təqdimatında konsert proqramı ilə davam edib..
