YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə Təhsil sektoru birgə təşəbbüsü ilə Şəmkir rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Açılış mərasimində YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayonu üzrə Təhsil sektorunun direktoru Elşən Ələsgərov, Şəmkir rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Ramin Hüseynov və digər şəxslər iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Dövlət Himni səsləndirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digərləri çıxış edərək Zəfər Gününün Azərbaycan tarixində qızıl hərflərlə yazıldığını qeyd edib və turnirin əhəmiyyətindən danışıblar. Natiqlər vurğulayıblar ki, 8 Noyabr Azərbaycan xalqının tarixində misilsiz qəhrəmanlıq səhifəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı bu qələbə dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirib.

Turnirin sonunda qaliblər elan olunub. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib.