YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər Günü şanlı tariximizdir”

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Zəfər Günü şanlı tariximizdir” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “8 Noyabr - Zəfər Günü” ilə bağlı videoçarx nümayiş etdirilib.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək bildirib ki, 44 günlük müharibə dövründə rəşadətli Azərbaycan Ordusu inamla irəliləyərək 2020-ci il noyabrın 8-də Şuşanı azad etdi və bununla da xalqımızın şanlı tarixini yazdı.

Şuşa əməliyyatı Azərbaycan xalqının birliyinin, ordumuzun qəhrəmanlığının və dövlət rəhbərliyinin qətiyyətinin rəmzidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 8 Noyabr “Zəfər Günü” elan edilərək əbədiləşdirilib. Azərbaycan xalqı bu günü daim böyük qürur və iftixarla qeyd edəcək.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi xalqımızın yenilməzliyini və ordumuzun peşəkarlığını bir daha sübut etdi. Onun sözlərinə görə, Qarabağ Zəfərinin zirvəsində dayanan Şuşa əməliyyatı Prezident İlham Əliyevin sərkərdəlik bacarığının və xalqın iradəsinin təntənəsidir.

Elnarə Əzizova qeyd edib ki, düşmənin “məğlubedilməz ordu” mifini darmadağın edən qəhrəman əsgər və zabitlərimizin adları xalqımızın yaddaşına əbədi həkk olunub. “Zəfər tariximizi vərəqlədikcə qürur duyuruq. Gələcək nəsillər də bu igid övladlarımızla fəxr edəcək və onlardan nümunə götürəcəklər”, - deyə o əlavə edib.

Tədbirdə çıxış edən SHXÇDX-nin Yevlax rayon şöbəsinin rəisi Samir Rəhimov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zəfər Hacıyev və Vətən müharibəsi şəhidi Ceyhun Əyyubovun anası Arzu Əyyubova qeyd ediblər ki, 44 günlük müharibədə əldə olunan möhtəşəm Qələbə Azərbaycan xalqının qürur mənbəyidir və şəhidlərimizin ruhu qarşısında minnətdarlıq borcumuz daim yaşayacaq.

Tədbirin bədii hissəsində Yevlax rayon mədəniyyət müəssisələrinin əməkdaşları və Aran Musiqi Məktəbinin şagirdləri tərəfindən səhnələşdirilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv