Xəbərlər
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və məsul dövləti vəzifənizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".
