YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının möhkəm təməlini qoyub. Bu tarixi sənəd Azərbaycan dövlətçiliyinin əsaslarını müəyyənləşdirərək, vətəndaşların hüquq və azadlıqlarını təmin edib, ölkəmizin sabit və güclü gələcəyinə yol açıb.

Həbib Misirov qeyd edib ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbə Azərbaycan tarixində əlamətdar hadisədir. Bu Qələbə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnmiş, xalqımızın iradəsini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirmişdir.

Məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Həqiqət Şükürova, müəllimlərdən Arif Tağıyev və digərləri “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən danışıblar. Onlar müstəqil Azərbaycanın hüquqi və siyasi əsaslarının formalaşmasında Ulu Öndər Heydər Əliyev irsinin əvəzsiz rolunu vurğulayıblar.

Çıxışlarda, həmçinin İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, ölkə Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə təmin edildiyi xüsusi qeyd olunub.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib, həmçinin bir qrup partiya fəalı fəxri fərmanlarla təltif olunub.

DİGƏR Xəbərlər Arxiv