YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Ağstafada Vətən müharibəsi şəhidləri Abbasov Fərrux Azər oğlu, Namazov Taleh Zülfəli oğlu və Bağırov Aqil Fazil oğlunun ildönümləri münasibətilə onların əziz xatirəsi anılıb.

Anım tədbirində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Zəlimxan, Düzqışlaq və Muğanlı kəndlərində şəhidlərimizin məzarlarını ziyarət edərək, önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Eyni zamanda, şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər qəhrəman Vətən övladlarının da məzarları ziyarət olunub, onların da xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhidlərimizin ailələrinə baş çəkərək, onların qayğıları ilə maraqlanıblar və dərin hüznlə başsağlığı veriblər.

DİGƏR Xəbərlər Arxiv