Xəbərlər
Milli Məclisin deputatı Sevinc Hüseynova seçicilərlə görüşüb
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova Gədəbəy rayonunun Alnabat kəndində seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Həmçinin, seçicilərlə görüş əsnasında millət vəkili Vətən müharibəsi qazisi Şamil Allahverdi oğlu Orucovun ailəsini ziyarət edib.
