Xəbərlər
Azərbaycan Parisdə terror nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Fransa dövlətinə və xalqına başsağlığı verib
Parisdə törədilmiş silsilə terror aktları ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyində “Xatirə kitabı” açılıb.
Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev noyabrın 16-da Fransanın Azərbaycandakı səfirliyinə gələrək Prezident İlham Əliyevin və Azərbaycan Respublikası Hökumətinin adından Fransa Hökumətinə və xalqına başsağlığı verib və “Xatirə kitabı”nı imzalayıb.
Fransanın Azərbaycandakı səfiri Oreliya Breşez kədərlərini bölüşdüklərinə, dəstəklərini bildirdiklərinə gərə təşəkkür edib, ölkəsinin bunu yüksək qiymətləndirdiyini deyib.