Xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Almaniyada tədbirdə iştirak edəcəklər
Noyabrın 17-dən 19-dək Almaniyanın Ramşteyn şəhərində “NATO-da hərbi tərəfdaşlıq fəaliyyətlərinin koordinasiyası prosesi” mövzusunda işçi görüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.