YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual oyun keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Tovuz Rayon İcra Hakimiyyəti və Tovuz Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Zəfərin izi ilə” devizi altında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İntellektual oyunda 10 komanda iştirak edib. Suallar Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə görülmüş işlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, Heydər Əliyev Fondunun fəaliyyəti və Zəfər Günü ilə bağlı mövzuları əhatə edib.

Oyunun nəticələrinə əsasən, A.Hüseynov adına Yanıqlı kənd tam orta məktəbini təmsil edən “Mübarizlər” komandası birinci yerə, Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbini təmsil edən “Bozalqanlı” komandası ikinci yerə, M.Məmmədov adına Qovlar şəhər humanitar təmayüllü məktəb-liseyi təmsil edən “Victory” komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalar kubok və diplomlarla təltif olunublar.