YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada şəhidin xatirəsi anılıb

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Şıxamir Qaflanovun xatirəsinə həsr olunmuş “Sənin adın bizim andımızdır” adlı anım tədbiri keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Polis polkovnik-leytenantı Qurban Qaflanov çıxışında şəhid qardaşı Şıxamir Qaflanovun əsl zabit qeyrəti və mərdliyi ilə Vətən uğrunda canını fəda etdiyini vurğulayıb.

Millət vəkili Asif Əsgərov çıxışında Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu, rəhbərlik etdiyi “əfsanəvi tabor”un qəhrəmanlıqları haqqında danışaraq, onların göstərdiyi şücaətin Azərbaycan Ordusunun güc və rəşadətinin bariz nümunəsi olduğunu bildirib. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi zəfərlər qazanaraq ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin edib: “Şıxamir Qaflanov kimi igidlərimizin həyat yolu, Vətənə sədaqəti və qəhrəmanlığı bu gün gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir. Onların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, göstərdikləri şücaət gələcək nəsillərə örnək olacaq”.

Sonda şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv