YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dövlət müstəqilliyi əbədidir

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Giriş sözü ilə çıxş edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbir iştirakçılarını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. O, Azərbaycanın müstəqillik tarixindən, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və dövlət başçısının rəhbərliyi ilə son 22 ildə ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdən ətraflı bəhs edib.

Tədbirdə partiya fəalları Lalə Eyubova, Sədaqət Qasımova, Polad Ağakişiyev, Aynur Qasımova və digərləri Azərbaycanın müstəqillik tarixi, onun qorunub saxlanılması istiqamətində görülən işlər barədə fikirlərini bildiriblər.

Natiqlər, həmçinin Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərini xüsusi vurğulayıb, ölkə rəhbərliyinin uğurlu siyasəti sayəsində suveren Azərbaycanın gündən-günə daha da güclənməsi və strateji hədəflərinə doğru inamla irəliləməsi barədə ətraflı danışıblar.

DİGƏR Xəbərlər Arxiv