YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Təhsil millətin gələcəyidir”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektoru və Kəlbəcər rayon Ağsaqqalar Şurasının birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, rayon Ağsaqqalar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon Təhsil Sektorunun məsul əməkdaşı Zəhra İbrahimova, rayon həmkarlar komitəsinin sədri Əli Bağırov və digərləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edərək, onlara təhsil sahəsindəki fədakər əməklərində uğurlar arzulayıblar.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri zamanın sınağından uğurla keçmiş prinsipial mövqedir. Natiqlər Ulu Öndər Heydər Əliyevin təhsil sahəsindəki irsinin bu gün də Azərbaycan təhsil sisteminin inkişafında əsas istiqamətləri müəyyənləşdirdiyini vurğulayıblar. Həmçinin Prezident İlham Əliyevin təhsil siyasətini uğurla davam etdirdiyi, yeni məktəblərin inşa edildiyi, dünya standartlarına cavab verən islahatların həyata keçirildiyi qeyd edilib.

Tədbirin sonunda bir qrup təhsil işçisinə fəxri fərman təqdim olunub.

Qeyd edək ki, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin valideynlərini də ziyarət edib, onları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.