YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Kürkəndi kənd ərazi partiya təşkilatının sədri Gülsurə İbadova və partiya fəalı Mirnizami Ağayev çıxış ediblər.

Natiqlər bildiriblər ki, 14 iyul 1969-cu il Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin inkişafının və müstəqil dövlətçiliyinin möhkəm təməlinin qoyulduğu əlamətdar gündür. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan hərtərəfli inkişaf yoluna qədəm qoyub, dövlətçilik ənənələri möhkəmlənib və bu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.