YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir geosiyasətdə birgə fəaliyyət modeli

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələ şəhərində XII Zirvə Görüşünün keçirilməsi tarixi əhəmiyyət kəsb edir. “Regional sülh və təhlükəsizlik” mövzusu həsr edilmiş Zirvə görüşündə olduqca mühüm mesajlar səsləndirildi. Cənab Prezident İlham Əliyev tədbirdə çıxışında olduqca mühüm məsələlərdən bəhs edib. Qədim şəhərimiz Qəbələdə qonaqları salamlayan ölkə başçısı bu bölgəmizin tarixi haqqında qonaqlara ətraflı məlumat verdi. Cənab prezident çıxışında həmçinin Türk Dövlətləri Təşkilatının, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını qeyd etdi.

Dövlətimizin başçısının da vurğuladığı kimi TDT-nin beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur: “Ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər bu ölkələri bir ailə kimi birləşdirir. Azərbaycan dövləti təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına iki milyon ABŞ dolları məbləğində ianə köçürüb. Bu isə ölkəmizin bu birliyə vermiş olduğu önəmi bir daha nümayiş etdirir. Sözsüz ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Bu bir reallıqdır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşlər və verilən qəararlarla bağlı da Cənab Prezident  İlham Əliyev mühüm məqamlara toxundu”.

Ölkə başçısı çıxışında eyni zamanda sülh və təhlükəsizliyin bu gün hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu da diqqətə çatdırdı: “TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və Qəbələdə  keçirilən Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyi bir  daha çəkildi. Çünki bu gün təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Cənab Prezident də qeyd edib ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir: “Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur”.

2020-ci il 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulması amili də Zirvə görüşündə bir daha bəyan edildi: “Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. Dövlətimizin başçısı çıxışında Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcəyini da bir daha qeyd edib. Artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlandığı da vurğulanıb. Bütün bunlar sözsüz ki,  cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Qəbələdə keçirilən Zirvə görüşü TDT üzv dövlətlərinin və müşahidəçi dövlətlərin liderlərini, eləcə də nümayəndə heyətlərini bir araya gətirərək bölgə və beynəlxalq arenada aktual problemləri müzakirə etmək, əməkdaşlığı genişləndirmək və Türk dünyasında birliyi, sülh və rifahı daha da inkişaf etdirmək baxımından önəmli idi. Bu Zirvə görüşü sözsüz ki, türk dünyası daxilində daha dərin inteqrasiyanın göstəricisi və yeni strateji yanaşmaların formalaşması üçün katalizator kimi qiymətləndirilir”.

DİGƏR Xəbərlər Arxiv