YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin, həmçinin dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov müəllimləri peşə bayramları münasibətilə təbrik edib, müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı rolu barədə danışıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, təhsil işçilərinin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Bildirilib ki, Ulu Öndərin  təhsil strategiyası bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilib.

Rövşən Əhmədov çıxışında 44 günlük Vətən müharibəsində zəfər qazanan əsgərlərin vətənpərvər ruhda yetişməsində müəllimlərin mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə “Aran yolu” qəzetinin redaktoru Məhsəti Ağayeva, Ağabəyli kənd ümumi orta məktəbinin müəllimi Hökümə Rüstəmova, Ağcabədi şəhər 4 saylı məktəbin əməkdaşı, şəhid Həsən Süleymanovun həyat yoldaşı Qumru Süleymanova, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Əliş Rüstəmli çıxış edərək müəllim adının xalqımızın milli təfəkküründə hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu bildiriblər.

Sonra rayonun ictimai-siyasi həyatında fəallığına və səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup müəllimə, eyni zamanda partiya fəalı və könüllülərə fəxri fərman, təşəkkürnamə, sertifikat və hədiyyələr verilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.