YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gələcək müəllimlərin əsəridir”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Gələcək müəllimlərin əsəridir” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, RİH başçısı Müstəqim Məmmədov, rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, əməkdar və gənc  müəllimlər iştirak ediblər.                                                                    

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının, o cümlədən şəhid olmuş və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Tərtər Peşə Məktəbi PHŞ-nin direktoru Əli Babayev, Tərtər Uşaq musiqi məktəbinin direktoru Mahir Qədimov, Fikrət Rzayev adına Balakəngərli kənd ümumi orta məktəbin direktoru Alxas Həsənov, Rafiq Nuriyev adına şəhər 6 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Tahirə Quliyeva, İsmayıl Məmmədov adına şəhər 2 saylı məktəb-liseyin müəllimi Tacirə Vəlizadə, Suqovuşan kənd tam orta məktəbinin müəllimi Vüsalə Muradlı çıxış ediblər.

Çıxış edənlər müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, təhsil sahəsində göstərdikləri əvəzsiz xidmətlərə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Azərbaycan müəlliminin xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır. Bu mənada, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və fəaliyyəti dayanır. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim cəmiyyətimizdə hörmət və ehtiramla qarşılanır.

Tədbirin sonunda bir qrup müəllim YAP Tərtər rayon təşkilatı və RİH tərəfindən fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, YAP Tərtər rayon təşkilatının inzibati binasında müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsini uğurla keçmiş bir qrup müəllimlə də görüş keçirilib.