YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Dövlətimizin təməli daha da möhkəmlənib"

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinın birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 20 Sentyabr-Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Həsənli, XİN başçısının müavinləri Ramil Əliyev və Rəna Vəliyeva, Milli Məclisin deputatı Azər Allahverənov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, idman, gənclər və mədəniyyət müəssisələri, xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə  Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Sentyabr-Dövlət Suverenliyi Gününı həsr olunmuş videoçarx nümayiş olunub.

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Azər Allahverənov, qazi, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov, 338 nömrəli tam orta məktəbin direktoru Fərid Ağalıyev və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmuşdur. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etmişdir.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin suverenliyini bərpa edib və dövlətimizin təməlini daha da möhkəmləndirib.

Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun gələcək nəsillərə ötürülməsi üçün mühüm tarixdir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.

Tədbir bədii hissə ilə davam edib.