YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə tədbir keçirilib

Şəmkir rayonunda Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Şəmkir rayonu üzrə Mədəniyyət sektorunun birgə təşkilatçılığı ilə dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, korifey sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəhbər heyəti, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən natiqlər Üzeyir Hacıbəylinin zəngin irsindən, milli musiqi mədəniyyətimizə bəxş etdiyi ölməz əsərlərdən, həmçinin bu dahi şəxsiyyətin xalqımızın yaddaşında qoyduğu silinməz izlərdən danışıblar.

Musiqi məktəbinin şagird və müəllimlərinin ifasında təqdim olunan musiqi nömrələri tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Çıxışlar arasında təqdim olunan videoçarxlar və Ulu Öndər Heydər Əliyevin Üzeyir Hacıbəyli haqqında dərin məhəbbətlə söylədiyi fikirlər tədbirə xüsusi məna qatıb.

Tədbirdə “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru müəllimlərdən ibarət xor kollektivi tərəfindən ifa olunub. Həmçinin, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarından musiqilər səsləndirilib, məktəbin xalq çalğı orkestri “Arşın mal alan” operettasından müqəddiməni ifa edib və həmin əsərdən səhnəciklər nümayiş etdirilib.

18 sentyabr – Milli Musiqi Günü musiqisevərləri bir araya gətirərək, xalqımızın musiqi mədəniyyətinin əvəzolunmaz zirvələrindən biri olan Üzeyir Hacıbəyli irsini yaşatmaqdadır.

DİGƏR Xəbərlər Arxiv