YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması istiqamətində ardıcıl islahatlar həyata keçirilir"

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində tədbir keçirib.

Binəqədi Tibb Mərkəzinin direktoru Müşfiq Mirzəyev çıxış edərək son illərdə Azərbaycanda səhiyyə sahəsinin dinamik inkişaf etdiyini, ölkəmizdə həyata keçirilən tibbi xidmətlərin dünya standartlarına cavab verdiyini vurğulayıb. O bildirib ki, hazırda respublikamızda ən mürəkkəb və unikal tibbi əməliyyatlar yüksək peşəkarlıqla icra olunur, səhiyyənin bütün sahələri üzrə ixtisaslı kadrlar hazırlanır. Əldə olunan bu uğurlar ölkənin artan iqtisadi imkanları, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən bəhs edərək, həm paytaxt Bakıda, həm də regionlarda müasir tibb müəssisələrinin yaradıldığını, mövcud səhiyyə ocaqlarının əsaslı təmir olunaraq ən müasir tibbi avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb.

V.İsmayılov qeyd edib ki, səhiyyə sisteminin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının etibarlı şəkildə qorunması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. O, həmçinin səhiyyə işçilərinin cəmiyyət qarşısındakı mühüm xidmətlərini yüksək qiymətləndirərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən bir qrup tibb işçisinə fəxri fərman təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv