YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatının təsis edilməsindən 32 il ötür

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, rayon təşkilatının 32 il ərzində keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, YAP Ağstafa rayon təşkilatı ilk yaradılan rayon təşkilatlarından biri olmuşdur. Hazırda sıralarında 7 mindən artıq üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 24 iyul tarixində təsis edilib. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə İsgəndərli, partiya veteranları Cümşüd Musayev, Sahib Salıfov, Məmməd Məmmədov və “Mədəniyyət şöbəsi” ərazi partiya təşkilatının sədri Gülgün Kərimov qeyd ediblər ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.

Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman və partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv