YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qobustan rayon təşkilatının təsis olunmasının 31 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının təsis olunmasının 31-ci ildönümü münasibətilə rayon təşkilatının əməkdaşları, bir qrup şəhid ailəsi və qazi Bakı şəhərinə səfər edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə tər güllər düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub.

Səfər çərçivəsində iştirakçılar Şəhidlər Xiyabanında da olub, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Həmçinin Hərbi Qənimətlər Parkı ziyarət edilib, Zəfər Abidəsinə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi anılıb.

DİGƏR Xəbərlər Arxiv