YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə “Konstitusiya və Suverenlik İli” cərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının “2 nömrəli Regional Yol Yaşıllaşdırılması və Ekologiya MMC” ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ərazi partiya təşkilatının sədri Nizami Çıraqov, partiya fəalı Şəhla İsmayılova və digərləri bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması və qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən və eyni zamanda yubiley yaşı tamam olan ərazi partiya təşkilatının sədri Nizami Qafar oğlu Çıraqova fəxri fərman təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv