Xəbərlər
“Müstəqil strateji kurs uğurla davam etdirilir”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqil strateji kurs uğurla davam etdirilir” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan regionda və dünyada güclü dövlət kimi tanınır.
Tədbirdə, həmçinin Samux Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi Samux rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev və Qarayeri qəsəbə uşaq bağçasının müdiri Mahirə Məmmədova çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, intellektual potensialının və xalqına olan sonsuz sevgisinin bəhrəsi olduğunu bildiriblər.
