YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatının təsis edilməsinin 12-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis edilməsinin 12-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında mühüm rola malik olduğunu deyib. O qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın keçdiyi 32 ildən artıq şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, partiyanın milli dövlət quruculuğundakı tarixi rolundan və müasir dövrdəki fəaliyyətindən bəhs ediblər.

Qeyd olunub ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın mənafeyi naminə səy göstərir.

Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim olunub.