YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdam rayon təşkilatının sabiq sədrinin yubileyi qeyd olunub

Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu münasibətilə təşkil olunan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digərləri çıxış edərək yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar. Çıxışlarda Allahverən Əliyevin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi, Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qaldığı diqqətə çatdırılıb.

Allahverən Əliyev göstərilən diqqətə görə təşəkkürünü bildirib, dövlət siyasətinin təbliği yolunda bacarıq və səylərini əsirgəməyəcəyini deyib.

DİGƏR Xəbərlər Arxiv