YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Elnarə Akimova şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhid olmuş baş leytenant Cavid Azər oğlu Mirzəyevin ailəsini ziyarət edib.

Ziyarət çərçivəsində şəhidin ailə üzvləri ilə görüşən millət vəkili onların qayğıları ilə maraqlanıb. O, dövlətin şəhid ailələrinə göstərdiyi qayğının davamlı olduğunu və bu istiqamətdə atılan addımların ardıcıl şəkildə həyata keçirildiyini bildirib.

Elnarə Akimova bildirib ki, Vətən uğrunda canını fəda etmiş hər bir şəhidin xatirəsi daim ehtiramla anılır və onların ailələrinə diqqət göstərmək cəmiyyətin mənəvi borcudur.

Görüş zamanı şəhidin döyüş yolu barədə söhbətlər aparılıb, xatirəsi ehtiramla yad edilib.

DİGƏR Xəbərlər Arxiv