Xəbərlər
“Dəmir Yumruq: Siyasi İradə və Güclü Ordu”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal rayon bələdiyyəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş “Dəmir Yumruq: Siyasi İradə və Güclü Ordu” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yad ediblər.
Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla anılıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası, YAP Yasamal rayonu “Hüseyn Cavid 33A”(“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Mətbuat pr.40” (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev, qazi, ehtiyatda olan mayor Süleyman Heydərov, Vətən müharibəsi iştirakçısı, “K.Kazımzadə küç.100A” (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Amil Sefiyev, Vətən müharibəsi iştirakçısı, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov və Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış ediblər. Bildirilib ki, artıq 27 ildir ki, hər il iyun ayının 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.
Ulu öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ordu quruculuğunda görülən mühüm işlər nəticəsində Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz tarixi missiyasını yerinə yetirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Zəfər nəticəsində torpaqlarımız düşmən tapdağından xilas edilərək tarixi ədalət bərpa edildi. Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. Əldə olunan tarixi Zəfərlər zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Qeyd olunub ki, şəhid ailələri və qazilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırılması daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir.
Çıxışlardan sonra fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.