Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Dardoqqaz kəndində Vətən uğrunda canını qurban vermiş şəhid Abakərin Hacıyev ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Daha sonra Asif Əsgərov Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Şəhidin ailə üzvləri seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.
